DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
01 mart 2019 | 04:03   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək  üçün  martın 2-də İspaniyanın  Qrenada şəhərinə  səfərə gedecək.
Tədbirdə sosial şəbəkələrin  insan hüquqlarına mənfi təsiri, media sahəsində yeniliklərin tətbiqi, milli mədəni irsin qorunması və  bir sıra təşkilatı məsələlərə baxılacaq. 
Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.
Səfər martın 8-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU