DEPUTATIMIZ QDİƏTPM-nin TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
04 mart 2019 | 04:03   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Musa Quliyev qurumun  İşçi Qrupunun görüşündə iştirak etmək üçün martın 5-də Türkiyənin İstanbul şəhərinə   səfərə gedəcək.
Deputatımız iclasda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.
Səfər martın 6-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU