DEPUTATIMIZ UKRAYNADA PREZİDENT SEÇKİLƏRİNİ İZLƏYƏCƏK

XƏBƏRLƏR
04 mart 2019 | 03:03   
Paylaşın:        

Milli Məclisin deputatı Naqif Həmzəyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün martın 5-də Kiyevə səfər edəcək.
Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılan millət vəkili seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə zamanı vətəndaşların fəallığına, prosedur qaydalarına riayət olunmasına diqqət yetirəcək, yekun rəydə seçkinin gedişatı ilə bağlı öz münasibətini bildirəcək.
Səfər martın 8-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU