DEPUTATIMIZ MƏRAKEŞDƏ SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
09 mart 2019 | 12:03   
Paylaşın:        

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının (İƏTPİ) 14-cü sessiyası və bununla əlaqədar tədbirlərdə iştirak etmək üçün martın 10-da Mərakəşin Rabat şəhərinə səfərə gedəcək.
Toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və diqər aktual məsələlər müzakirə olunacaq.
Millət vəkili mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər martın  16-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU