DEPUTATLARIMIZ MDB PA-nın TƏDBİRLƏRİNƏ QATILACAQLAR

XƏBƏRLƏR
09 mart 2019 | 12:03   
Paylaşın:        

Milli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün martın 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Rüfət Quliyev qurumun nəzdində İqtisadiyyat üzrə ekspert şurasının, İqtisadiyyat və maliyyə daimi komissiyasının iclaslarına qatılacaq. İqbal Məmmədov MDB PA-nın Nəzarət-büdcə komissiyasının toplantısında iştirak edəcək.
İqtisadiyyat və maliyyə komissiyasının iclasında “Xarici ticari fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi haqqında” model qanun, daxili su nəqliyyatı, vergi inzibatçılığı ilə bağlı model məcəllələr və digər layihələr müzakirə olunacaq, komissiyanın ötən il ərzində fəaliyyəti barədə hesabat təqdim olunacaq, təşkilati məsələlərə baxılacaq.
Millət vəkilləri yığıncaqlarda müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər martın 14-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU