DEPUTATLARIMIZ ABŞ-a SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
19 mart 2019 | 02:03   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri   Sahibə Qafarova və Asim Mollazadə martın 23-də ABŞ-ın paytaxtı Vaşınqton şəhərinə  səfərə gedəcəklər.
Deputatlarımız ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.      
Səfər martın 30-da başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU