AVROPA ŞURASININ TƏDBİRİNDƏ

XƏBƏRLƏR
18 mart 2019 | 03:03   
Paylaşın:        

Milli Məclisin deputatı Hikmət Məmmədov Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82-ci plenar iclasında iştirak etmək üçün martın 19-da Fransanın Strasburq şəhərinə səfər edəcək.
Toplantıda bir sıra məsələlərlə bağlı dinləmələrin keçirilməsi və müvafiq hesabatın qəbul edilməsi nəzərdə tutulur.
Millət vəkili tədbirdə müzakirəyə çıxarılacaq məsələlər barədə qeyd və təkliflərini bildirəcək.
Səfər martın 21-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU