DEPUTATIMIZ BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
29 mart 2019 | 06:03   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Daimi komitəsinin toplantısında iştirak etmək üçün aprelin 1-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
QDİƏT Parlament Məclisinin Daimi komitəsi və Baltik Assambleyasının birgə görüşündə “Okeanlarımızın və dəniz həyatının qorunması” mövzusunda müzakirələr aparılacaq. Görüşdə üzv ölkələrin milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.
Sonra Eldar Quliyev Almaniyanın paytaxtı Berlinə yola düşəcək. Burada o, müəllifi olduğu “Qlobal qida təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına görə “İlin Alimi” medalı ilə təltif olunacaq.
Səfər aprelin 5-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU