DEPUTATLARIMIZ QƏTƏRƏ SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
05 aprel 2019 | 01:04   
Paylaşın:        

Milli Məclisin deputatları Kamran Bayramov, Şahin İsmayılov və Sona Əliyeva Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında  iştirak etmək  üçün  aprelin 6-da Qətər Dövlətinin paytaxtı Doha şəhərinə  səfərə gedecəklər.
Toplantida millət vəkilləri “Sülhə zərər verən və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi”, “Dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə də iqtisadi bərabərlik, dayanıqlı infrastruktur, sənayeləşmə və innovasiyaya nail olmaqda azad və ədalətli ticarət və investisiyanın rolu”  adlı qətnamə layihələrinin müzakirələrində iştirak edəcəklər.
 Millət vəkilləri müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər.
Səfər aprelin 11-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU