AZƏRBAYCAN-RUSİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
06 iyul 2012 | 04:07   
Paylaşın:        

İyulun 6-da Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutskinin rəhbərlik etdiyi nümayəndə  heyəti ilə görüşdülər.
Tədbirdə çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qonaqları salamlayaraq, bu səfərin parlamentlərarası əlaqələrin inkişafına yeni təkan verəcəyinə inamını ifadə etdi. O, iki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolu olduğunu qeyd etdi.  Bildirildi ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 min  ABŞ dollarından çox olub və bu sahədə böyük nailiyyətlər əldə edilib. Ziyafət Əsgərov Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupundakı rolundan danışaraq, problemin tezliklə həll ediləcəyinə və qaçqınların öz doğma yurdlarına qayıdacağına ümüdvar olduğunu dedi.
Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Federasiyası Dövlət Dumasının üzvlərini Bakıda görməyindən  məmnun olduğunu söylədi. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulandı. Belə görüşlərin gələcək əlaqələrin inkişafına böyük təkan verəcəyini söylədi.
Səmimi qəbula görə təşəkkür edən Leonid Slutski dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin mühüm rol oynadığını qeyd etdi. Münasibətlərin inkişafının hər iki ölkə üçün əhəmiyyətli olduğunu bildirdi.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Hər iki tərəfdən çıxış edən deputatlar müzakirə olunan məsələlərə öz münasibətlərini birdirdilər. İkitərəfli münasibətlərin daha da dərinləşməsi və inkişafı baxımından bu cür dialoqun davam etdirilməsi vacib sayıldı.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU