NATO PA-nın 99-cu ROUZ-ROUT SEMİNARINDA

XƏBƏRLƏR
10 aprel 2019 | 03:04   
Paylaşın:        

Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 99-cu Rouz-Rout seminarında, həmçinin Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun birgə tədbirlərində iştirak etmək üçün aprelin 11-dən 14-dək Türkiyənin Antalya şəhərində səfərdə olacaq.
Üç gün davam edəcək seminarda  İsrail-Fələstin münaqişəsinin son inkişaf meyləri gündəmdə olacaq, Suriyadakı vəziyyətə və İraqda təhlükəsizliyin durumuna nəzər salınacaq. Sessiyalarda “NATO-nun tərəfdaşlıq alətləri – yeni tərəfdaşlar və təcrübə mübadiləsi”, “Mərkəzi Asiya – tərəflər və çağırışlar”, “Miqrasiya: Humanitar və təhlükəsizlik çağırışları arasında” mövzularında məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. 99-cu Rouz-Rout seminarında “Liviya və Sahel regionu”, “Körfəzdə dəyişim və davamlılıq”, “Rusiya və Çin Yaxın Şərqdə”, “Amerika Birləşmiş Ştatları, Avropa və İran” məsələləri də  müzakirə obyekti olacaq.
Milli Məclisin deputatı  müzakirə olunan məsələlərə Azərbaycanın maraqları baxımından mövqe bildirəcək.


 Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU