DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
12 aprel 2019 | 12:04   
Paylaşın:        

Türkiyədə Milli Məclisin  deputatı Elmira Axundovanın  “Şəxsiyyət və zaman” kitabının türk dilinə tərcüməsinin təqdimat mərasimi keçiriləcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat  Elmira Axundova mərasimdə iştirak etmək üçün aprelin 15-də  Türkiyə paytaxtı Ankaraya  səfərə gedəcəklər.
Tədbirdə  mövzu ilə bağlı   fikir mübadiləsi aparılacaq.

 Səfər aprelin 21-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU