BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
09 iyul 2012 | 03:07   
Paylaşın:        

Milli Məclisin deputatı Asəf Hacıyev “Avropa İttifaqı və onun avropalı qonşuları” adlı IX Beynəlxalq konfransda iştirak etmək üçün iyulun 9-da Gürcüstanın Batumi şəhərinə səfərə yola düşəcək.
Tədbirə Avropa Birliyindən, Şərqi Avropa və Türkiyədən parlament və hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri qoşulacaqlar. Konfransda Avropaya inteqrasiya prosesinin perspektivləri müzakirə olunacaq. Şərq Tərəfdaşlığı ölkələrində siyasi və sosial islahatlar, demokratik transformasiya, iqtisadi inkişaf, regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək.
Səfər iyulun 13-də başa çatacaq.

 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU