NATO PA-nın SEMİNARINDA

XƏBƏRLƏR
19 aprel 2019 | 05:04   
Paylaşın:        

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarında iştirak etmək üçün aprelin 24-də Belçikanın paytaxtı Brüsselə  səfərə gedəcəklər.
Seminarda NATO genişlənməsinin parlament ölçüsü, Rouz-Rout proqramı və təşkilatın açıq qapı siyasəti, NATO tərəfdaşlığı və genişlənmə siyasətlərinin genezisi və digər mövzularda müzakirələr aparılacaq.
Millət vəkilləri qeyd olunan mövzular barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər aprelin 27-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU