DEPUTATIMIZ QAZAXISTANDA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
20 aprel 2019 | 12:04   
Paylaşın:        

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev aprelin 22-də Qazaxıstana səfər edəcək.
Millət vəkili Nur Sultan şəhərində keçiriləcək “Mərkəzi Asiya və Qafqazda sağlam qidalanma üçün dayanıqlı ərzaq sistemləri və qidalanmanın idarə edilməsi” mövzusunda regional simpoziumda iştirak edəcək.
Tədbirdə Musa Quliyev mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə əhalinin sağlam qidalanması üçün keyfiyyətli ərzaq məhsullarının istehsalı sahəsində görülən işlər, bu istiqamətdə əldə olunan nailiyyətlər barədə məlumat verəcək.
Səfər aprelin 27-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU