ATƏT-in BAŞ KATİBİ LOMBERTO ZANNİER : “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏ STATUS-KVO HƏLL YOLU DEYİL”

XƏBƏRLƏR
10 iyul 2012 | 01:07   
Paylaşın:        

İyulun 9-da Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri, Ziyafət Əsgərov ATƏT-in Baş Katibi Lamberto Zannierin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Ziyafət Əsgərov Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi. Qanunun aliliyi, demokratik dəyərlərin inkişafı sahələrində qurumla sıx əlqələrin olduğunu söylədi. Görüşdə Dağlıq Qarabağ münaqişəsindən söz açan birinci vitse spiker, 1992-ci ildən fəaliyyət gösdərən ATƏT-in Minsk qrupunun fəaliyyətində heç bir irəlləyişə nail olunmadığını və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından didərgin düşdüyünü söylədi. Qeyd edildi ki, nə qədər ki işğalçı Ermənistana və təcavüzə məruz qalan Azərbaycana beynəlxalq qurumlarda münasibət eyni olacaq Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalacaq.
 Görüşdə ATƏT-in Baş katibi  Lamberto Zannier Azərbaycana səfərdən məmnun olduğunu söylədi. O, ölkəmizlə qurum arasinda əlaqələrdən söhbət acaraq, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in  vasitəçilik missiyasından danışdı. Qonaq status- kvonun həll yolu olmadığını qeyd etdi. Həmsədrlərin  qoşunların təmas xəttində sabitliyə nail olmağa çalışdığını dedi.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU