ANKARADA HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILACAQ

XƏBƏRLƏR
07 may 2019 | 11:05   
Paylaşın:        

Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim  Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş qeyd edilir.
Mayın 8-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ümummilli liderin doğum gününə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə yola düşəcəklər.
Milli Məclisin komitə sədrləri Ankaradakı Heydər Əliyev adına məktəbdə keçirilən xatirə mərasimində və digər tədbirlərdə müasir Azərbaycan dövlətinin memarı olan Ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verəcəklər. Türkiyə rəsmilərinin, siyasət adamlarının, elm xadimlərinin, Ankara ziyalılarının, ictimaiyyət və media nümayəndələrinin, həmçinin qardaş ölkədə təhsil alan soydaşlarımızın qatılacağı silsilə tədbirlərdə iştirakçılara tarixən qardaş olan Azərbaycanla Türkiyə arasında münasibətlərin möhkəmlənməsində, əməkdaşlıq əlaqələrinin genişlənməsində Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açacaqlar.
 Səfər mayın 11-də başa çatacaq.
                                                                                

   Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU