BEYNƏLXALQ TƏDBİRDƏ

XƏBƏRLƏR
13 may 2019 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün  Avstriyanın paytaxtı Vyanada  səfərdədir.
Tədbirdə insan haqları, o cümlədən sosial hüquqlar, psixoloji sağlamlıq, dərman asılılığı problemı, həmçinin əmək miqrasiyasının uşaqlara təsiri, uşaqlara olan zorakılığın qarşısının  alınması ilə bağlı məsələlərə baxılacaq. Yığıncağda Avropa Şurası İnkişaf Bankının  gələcək fəaliyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.
 Sonra millət vəkili  AŞPA çərçivəsində keçiriləcək konfransda iştirak etmək üçün mayın 15-də Fransanın Strasburq şəhərinə səfərə gedəcək.
Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.
Səfər mayın 18-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU