TÜRKPA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
14 may 2019 | 04:05   
Paylaşın:        

Milli Məclisin  deputatı Sevinc Hüseynova Türkdilli Ölkələrin Parlament Assambleyasının Sosial, mədəni və humanitar məsələlər komissiyasının 7-ci iclasda iştirak  etmək üçün  mayın 15-də Türkiyənin paytaxtı Ankara şəhərinə   səfərə gedəcək.
Tədbirdə “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri. TÜRKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyi” (qanunvericilikdə perspektivlər) mövzusunda hesabat dinləniləcək, tövsiyə qərarı qəbul ediləcək, komissiyanın 8-ci iclasının yeri, vaxtı, və gündəliyi təyin ediləcək. 
Deputatımız, habelə, TÜRKPA-nın 10 illik yubileyi münasibətilə Türkiyə Böyük Millət Məclisində təşkil olunmuş  fotosərgi və TÜRKPA-nın 10-cu ildönümü medallarının təqdimetmə mərasimlərinə qatılacaq.
Səfər mayın 17-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU