AŞPA-NIN BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
21 may 2019 | 04:05   
Paylaşın:        
Mayın 23-24-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  iştirak edəcəkdir.
İclaslarda AŞPA-da Yeni siyasi qrupun yaradılması, AŞ-yə yeni baş katibin seçilməsi, Ukraynada, Şimali Makedoniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Qazaxıstanda keçiriləcək prezident seçkiləri, Ukraynada keçiriləcək parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaqdır.
Səməd Seyidov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU