AŞPA-NIN KOMİTƏ İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
24 may 2019 | 04:05   
Paylaşın:        
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və miqrasiya komitəsinin iclasında iştirak etmək üçün mayın 26-dan 30-dək İsveçrənin  Sürix şəhərində səfərdə olacaqdır.
Tədbirdə İsveçrədəki miqrantların, qaçqın və məcburi köçkünlərin inteqrasiyası və vəziyyəti,  Uşaq köçkünlərin polis nəzarətinə alınmasına son verilməsi, Miqrant uşaqlara qarşı zorakılığın dayandırılması, Avropadakı qaçqın düşərgələrində dini  azlıqlara qarşı diskriminasiya və zorakılıq mövzularında fikir mübadiləsi aparılacaqdır.
İclasda deputat Sahibə Qafarovanın “Müşayiətsiz və tənha miqrant uşaqların effektiv himayəyə ehtiyacı” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU