DEPUTATLARIMIZ MDB PA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
27 may 2019 | 04:05   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar  Fəzail Ağamalı və  Mirkazım Kazımov mayın 29-da   Rusiya Federasiyasına  səfərə gedəcəklər.

Millət vəkilləri  Sankt-Peterburq  şəhərində keçiriləcək  MDB PA-nın Sosial siyasət və insan hüquqları,   Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, və Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.
Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, rəy və təkliflər verəcəklər.
Tədbirdə MDB-yə üzv  ölkələrin  nümayəndələri iştirak edəcəklər.
Səfər iyunun 1-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU