QAZAXISTANDA NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
04 iyun 2019 | 05:06   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün iyunun 6-da Nur-Sultan şəhərinə səfər edəcəklər.
Millət vəkilləri Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının və İcraiyyə komitəsinin xətti ilə, Tahir Mirkişili Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının missiyasında, Nizami Cəfərov isə Türkdilli ölkələrin Parlament Assambleyası tərəfindən prosesə qatılacaqlar.
Deputatlarımız bir sıra seçki məntəqələrinə gedərək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər iyunun 10-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU