BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
14 iyun 2019 | 06:06   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iyunun 19-da Avstriyanın  Vyana şəhərində “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Konfransda Sivilizasiyalararası və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı, Terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi, Münaqişə zonalarında etnomədəni və dini abidələrin dağıdılması və zorakılığa məruz qalması, Dövlət, elm və din xadimlərinin sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviqində birgə səyləri  və digər məsələlər müzakirə olunacaqdır.
Tədbirin sonunda yekun sənəd olaraq Vyana Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU