MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 iyun 2019 | 06:06   
Paylaşın:        
İyunun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva 18-21 iyun tarixlərində Azərbaycanda fakt araşdırıcı səfərdə olan Avropa Şurasının Baş layihə rəhbəri Naomi Trevinnardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. 
Bildirildi ki, bu səfər Avropa Şurasının “Avropada uşaqların onlayn istismarı və aldadılması” adlı layihəsi çərçivəsində həyata keçirilir. 
Söhbət zamanı Azərbaycanda uşaqların onlayn istismarı və aldadılması ilə bağlı müvafiq qanunvericilik, siyasət və təcrübə sahəsində boşluqların təhlili ilə əlaqədar fikir mübadiləsi aparıldı. 
Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyeş də iştirak edirdi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU