MİLLİ MƏCLİSİN DEPUTATI PAKİSTANDA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
03 sentyabr 2012 | 02:09   
Paylaşın:        

Milli Məclisin deputatı İlham Məmmədov İqtisadi Əməkdaşlıq  Təşkilatı (EKO) Parlament Forumunun yaradılması ilə əlaqədar keçiriləcək  müzakirələrdə  iştirak etmək üçün sentyabrın 3-dən 7-dək Pakistanda  səfərdə  olacaq.
İslamabad  şəhərində  keçiriləcək  toplantıya 10 müsəlman  dövlətinin - Türkiyə, İran, Əfqanıstan, Pakistan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın nümayəndələri qatılacaq.
Deputatımız müzakirələrdə  fəal  iştirak edəcək, yeni  yaradılacaq Parlament  Forumu ilə bağlı  fikirlərini  bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU