Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək

XƏBƏRLƏR
23 iyul 2019 | 12:07   
Paylaşın:        
Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda keçiriləcək beynəlxalq konfransda, ənənəvi şəhər bayramında və 2-ci beynəlxalq incəsənət festivalında iştirak etmək üçün iyulun 25-dən 28-dək Latviyanın Qulbene şəhərində səfərdə olacaq.
Səfər çərçivəsində Kamran Bayramov qeyd edilən beynəlxalq konfransda “Bələdiyyələrarası əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində milli parlamentlərin rolu” adlı məruzə ilə çıxış edəcəkdir. Deputatımızın Latviya Bələdiyyələr İttifaqının rəhbərliyi, Latviya Seyminin deputatları və konfransda iştirak edəcək xarici dövlətlərin nümayəndələri ilə görüşləri də  nəzərdə tutulmuşdur.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU