AŞPA-NIN BÜRO İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
30 avqust 2019 | 03:08   
Paylaşın:        
Sentyabrın 3-də İsveçrənin Bern şəhərində Avropa Şurası Parlament Assambleyasının Büro iclası keçiriləcək.  
İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək. 
Tədbirdə qurumun payız sessiyasının gündəliyi təsdiqlənəcək, AŞPA-da ləğv olunmuş Azad Demokratlar qrupu, Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri, Parlament Assambleyasının xarici əlaqələri barədə müzakirələr aparılacaqdır.
Səfər sentyabrın 4-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU