ATƏT PARLAMENT ASSAMBLEYASININ TƏDBİRİNDƏ

XƏBƏRLƏR
04 sentyabr 2019 | 03:09   
Paylaşın:        

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili sentyabrın 5-də İsveçrəyə səfər edəcəklər.
Millət vəkilləri ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Andermat şəhərində keçiriləcək “Bir kəmər, bir yol təşəbbüsü: davamlı inkişaf məqsədlərinin aparıcı qüvvəsi kimi” adlı beynəlxalq konfransına qatılacaqlar.
Tədbirdə Azay Quliyev “Qrupumuz ATƏT dəyərlərinin aparıcı qüvvəsi olaraq” mövzusunda giriş sözü ilə çıxış edəcək. Deputat Tahir Mirkişilinin “Davamlı maliyyələşdirmə və risklərin azaldılması” adlı məruzəsi dinləniləcək.
Konfransda “Uğura aparan yol – dayanıqlı infrastruktur”, “Yaxşı idarəetmə, şəffaflıq və korrupsiyaya qarşı mübarizə”, “Gələcəyin qurulması” mövzularında müzakirələr aparılacaq.
Səfər sentyabrın 8-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU