AŞPA KOMİTƏLƏRİNİN İCLASLARINDA

XƏBƏRLƏR
04 sentyabr 2019 | 11:09   
Paylaşın:        

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının  Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında  iştirak  etmək üçün  sentyabrın  5-dən 7-dək  Fransada  səfərdə olacaq.
Paris  şəhərində  keçiriləcək toplantıda miqrant  və deportasiya  zamanı itkin düşmüş uşaqların  sığınacaq problemləri,  miqrantlar  üçün Breksitin nəticələri,  qaçqın və miqrant  hüquqları ilə  məşğul olan qeyri-dövlət  təşkilatlarının vəzifələri,  məcburi  köçkünlərin beynəlxalq  müdafiəsi və  digər məsələlərlə  bağlı fikir  mübadiləsi  aparılacaq. Deputatımız iclasda müzakirə  edilən  məsələlərə  öz  münasibətini  bildirəcək.
 İclas  çərçivəsində  Sahibə Qafarovanın “Miqrant  və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi” mövzusunda hazırladığı məruzə ətrafında  dinləmələr keçiriləcək və cari məsələlərə baxılacaq.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU