AZƏRBAYCAN- KOREYA ƏLAQƏLƏRİ GENİŞLƏNİR

XƏBƏRLƏR
05 sentyabr 2012 | 02:09   
Paylaşın:        

 Sentyabrın 5-də Milli Məclisin Sədr müavini Bahar Muradovanın  Koreyanın “Halla Energy@Environment” şirkətinin inzibati  direktoru Lee Eun Seokla görüşü keçirildi.
Qonaqları səmimi salamlayan Bahar Muradova  qeyd etdi ki, ölkələrimiz arasında tarixən mövcud olan əlaqələr Azərbaycanın müstəqilliyi dövründə daha da inkişaf etmişdir. Azərbaycan-Koreya  arasında  son vaxtlar  imzalanan  müqavilə və əməkdaşlığın yeni istiqamətləri ilə bağlı əldə olunmuş razılaşmalar  buna parlaq misaldır.  Bu münasibətlər həm hökumətlər, həm parlamentlər, həm xalqlarımız, həm də ayrı-ayrı şəxslər tərəfindən daha da möhkəmləndirilməkdədir. Milli Məclisin sədr müavini qeyd  etdi ki, 2006-cı ildən Azərbaycan parlamentində Koreya ilə dostluq  qrupu  fəaliyyət  göstərir və mövcud  əlaqələrimizin  qurulmasında  bu qrupların  rolu xüsusilə qeyd  edilməlidir. Bahar Muradova  özünün də idarə  heyətində  təmsil olunduğu hakim Yeni Azərbaycan Partiyasının  Koreyanın  hakim iqtidar partiyası  ilə dostluq əlaqələrindən danışdı. Əməkdaşlığımızın genişləndirilməsində Koreya İnkişaf  Agentliyinin gördüyü işləri  yüksək qiymətləndirdi.  Koreyanın iqtisadiyyatında “Halla Energy@Environment” şirkətinin əhəmiyyətli yeri olduğunu  bildirən  Bahar Muradova  daha  sonra bu ilin yayında  Koreyaya  səfərini xatırladı, Koreyanın gözəl təbiəti, insanları, elmi-texniki tərəqqisi  barədə  xoş təəssüratlarını  bölüşdü.
Təşkilatın inzibati  direktoru Lee Eun  Seok  görüş üçün  minnətdarlığını bildirdi. Bundan sonra da ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin əvvəlki təməl üzərində davam və inkişaf etdirilməsinin vacib olduğunu bildirdi. Qonaq belə qarşılıqlı səfərlərin əhəmiyyətindən və vacibliyindən söz açdı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir  mübadiləsi  aparıldı.


                                                        Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU