BEYNƏLXALQ TƏDBİRDƏ

XƏBƏRLƏR
16 sentyabr 2019 | 09:09   
Paylaşın:        


Sentyabrın 16-da Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirinə qatılmaq üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə yola düşəcəklər.
Deputatlarımız “Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti” mövzusuna həsr olunmuş seminarda iştirak edəcək, fikir mübadiləsində ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər. 
Səfər sentyabrın 19-da başa çatacaq.

 

Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU