DEPUTATIMIZ FRANSADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
06 sentyabr 2012 | 12:09   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu  komitəsinin  sədr  müavini  Rövşən  Rzayev sentyabrın 10-dan 16-dək  Fransada səfərdə olacaq.
Deputatımız əvvəlcə Strasburqda Avronest PA-nın prosedur  qaydaları  üzrə işçi  qrupunun  toplantısında  iştirak  edəcək, sonra isə Parisdə keçiriləcək AŞPA-nın Miqrasiya, qaçqınlar  və əhali  üzrə  komitəsinin  iclasına  qatılacaq. Komitənin  iclasında  cari məsələlərlə yanaşı, Gürcüstan və Rusiya arasındakı  münaqişədə zərərcəkmiş insanların vəziyyəti, miqrant fəhlələrin məcburi  əməyə  cəlb olunması və digər məsələlərin  müzakirəsi  nəzərdə  tutulur.
Rövşən Rzayev hər iki tədbirdə müzakirəyə çıxarılan  məsələlərə  münasibətini  bildirəcək.  

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU