QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
16 sentyabr 2019 | 11:09   
Paylaşın:        

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün sentyabrın 17-də Türkiyənin Giresun şəhərinə səfər edəcək.
Yığıncaqda “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ikili vergilərin aradan qaldırılması məqsədi ilə güzəştli ticari razılaşmaların bağlanması” mövzusunda müzakirələr aparılacaq. Tədbirdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı təqdimat keçiriləcək, təşkilatın cari fəaliyyəti barədə məlumat veriləcək, komitənin növbəti iclasının yeri,  vaxtı və gündəliyi müəyyənləşdiriləcək.
Səfər sentyabrın 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU