MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
18 sentyabr 2019 | 06:09   
Paylaşın:        
Sentyabrın 18-də Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Britaniyalı Yəhudilərin Nümayəndələr Şurasının  Baş vitse-prezidenti xanım Şeyla Gevolbun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. 
Valeh Ələsgərov bildirdi ki, Azərbaycanla Böyük Britaniya arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. Bu səfər zamanı Azərbaycanda keçirdiyiniz görüşlər bu münasibətlərin daha da inkişafına töhfə verəcəkdir. Diqqətə çatdırıldı ki, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. 
Valeh Ələsgərov bildirdi ki, Azərbaycanda qədim dövrlərdən bəri yəhudilər yaşayır. Biz həmişə dost və qardaş kimi bir-birimizin sevincinə də, kədərinə də şərik olmuşuq. Azərbaycanda bir sıra yəhudi xeyriyyə təşkilatları, sinaqoqlar, yəhudi dilli məktəblər sərbəst fəaliyyət göstərir. Vaxtilə Azərbaycanda yaşamış və sovet dövründə ölkəmizdən köçüb getmiş yəhudilərlə də bu gün sıx əlaqələrimiz var. İsrail şirkətləri Azərbaycanın müdafiə sənayesinin qurulmasında böyük rol oynamışlar. Bu bizim üçün çox əhəmiyyətlidir.
Səmimi görüş üçün təşəkkürünü bildirən Britaniyalı Yəhudilərin Nümayəndələr Şurasının  Baş vitse-prezidenti xanım Şeyla Gevolb bildirdi ki, onların təşkilatı Böyük Britaniyada yeganə yəhudi təşkilatıdır. Qonaq Azərbaycanda antisemitizmin olmamasından məmnunluğunu bildirdi, iki ölkə arasında müxtəlif  sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətli olacağına əminliyini ifadə etdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı, suallara aydınlıq gətirildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU