QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
23 sentyabr 2019 | 02:09   
Paylaşın:        
Sentyabrın 25-də və 26-da Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin 54-cü iclası keçiriləcək. 
İclasda Milli Məclisin deputatları, parlamentin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və İlham Əliyev iştirak edəcəklər.
Tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlığı regionunda nəqliyyat marşrutlarının hüquqi və siyasi aspektləri” mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.
Deputatlarımız müzakirə olunacaq məsələlər barədə çıxış edəcək, öz fikirlərini bildirəcəklər.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU