ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATININ KONFRANSINDA

XƏBƏRLƏR
04 oktyabr 2019 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatı Şahin İsmayılov Parlamentlərarası İttifaqın və Ümumdünya  Ticarət  Təşkilatı üzrə  Parlament  Konfransının  44-cü  iclasında iştirak  etmək  üçün  oktyabrın 6-dan 9-dək  İsveçrədə  səfərdə olacaq.
Cenevrə  şəhərində  keçiriləcək  toplantıda Ümumdünya Ticarət Təşkilatı çərçivəsində əldə olunmuş nailiyyətlər və  qurum qarşısında duran əsas problemlərdən danışılacaq. Gələn il Qazaxıstanda keçiriləcək ÜTT Parlament Konfransına hazırlıq işlərinin gedişatı, rəqəmsal ticarət və parlamentlərin yeni nəsil ticarət sazişləri sahəsində rolu mövzusunda  müzakirələr aparılacaq.
Deputatımız  müzakirə olunan  məsələlərə  öz  münasibətini bildirəcək.


Milli Məclisin
Mətbuat  xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU