MDB PA-NIN DAİMİ KOMİSSİYASINDA

XƏBƏRLƏR
07 oktyabr 2019 | 04:10   
Paylaşın:        

Milli Məclisin deputatı Rüfət Quliyev MDB Parlament  Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq  məsələləri üzrə daimi komissiyasının  iclasında  iştirak  etmək üçün oktyabrın 9-dan  13-dək  Rusiya  Federasiyasında  səfərdə olacaq.
Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda daimi komissiyaya  sədr müavini  seçilməsi məsələsinə baxılacaq, Avropa Şurası,  ATƏT  və Qara dəniz İqtisadi Əməkdaşlıq Məclisi parlament  assambleyalarının  son sessiyasında  müzakirə  edilən  məsələlərlə bağlı məlumat  və  Qazaxıstanda  keçirilən prezident  seçkilərində qurumun müşahidəçilərinin hesabatı  dinləniləcək.
Deputatımız  müzakirə  edilən məsələlərə öz  münasibətini bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU