DEPUTATLARIMIZ BELQRADA SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
11 oktyabr 2019 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov,   Sona Əliyeva, və Kamran Nəbizadə  Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında  iştirak etmək  üçün  oktyabrın 13-də Serbiyanın paytaxtı Belqrad şəhərinə  səfərə gedecəklər.
Toplantida “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi”, “Cenevrə Konvensiyaları – son 70 il ərzində baş vermiş silahli münaqişələr zamanı insanların təhlükəsizliyi və müdafiəsi”  mövzularında müzakirələr aparılacaq.
Tədbir çərçivəsində qurumun  Demokratiya və İnsan haqları, Dayanıqlı inkişaf, Maliyyə və Ticarət, Sülh və Beynəlxalq Təhlükəsizlik daimi komitələrinin iclasları, habelə Qadın Parlamentarların Forumu keçiriləcək.
Millət vəkilləri yığıncaqlarda müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər.
Səfər oktyabrın 18-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU