AVRONEST PARLAMENT ASSAMBLEYASININ TƏDBİRİNDƏ

XƏBƏRLƏR
14 sentyabr 2012 | 12:09   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Avronest Parlament Assambleyasının təşkil etdiyi seminarda iştirak etmək üçün sentyabrın 17-də Belçikanın Brüssel şəhərinə yola düşəcəkdir.
“Avropa İttifaqı-Şərqi Avropa tərəfdaşlarının enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı: nailiyyətlər, maneələr və perspektivlər” mövzusunda keçiriləcək bu seminarda iştirak edəcək nümayəndə heyətinə deputatlardan Rasim Musabəyov və Fuad Muradov daxildirlər.
Tədbirdə enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf üçün potensial imkanlar,  birləşmiş və əlaqələndirilmiş enerji bazarı, enerji təminatı üçün infrastrukturun inkişafının dəstəklənməsi, enerji effektivliyinin artırılması və yeni enerji mənbələrinin inkişafı, Şərq Tərəfdaşlığı çərçivəsində enerji əməkdaşlığının gələcəyi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Deputatlarımız müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcək, çıxışlar edəcəklər.
Səfər sentyabrın 20-də başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU