DEPUTATIMIZ İSLAM KONFRANSI GƏNCLƏR FORUMUNUN TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
23 dekabr 2011 | 03:12   
Paylaşın:        

Milli Məclisin deputatı Fuad Muradov Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Təşkilatı Gənclər Forumunun katibliyi tərəfindən təşkil olunmuş görüşdə iştirak etmək üçün dekabrın 25-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
İslam tərəfdaşlığı çərçivəsində keçiriləcək tədbirdə qurumun mədəniyyətlərarası dialoq üzrə gələcək fəaliyyət planı, o cümlədən milli gənclər təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunacaq.
Millət vəkili Fuad Muradov Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri kimi toplantıya qatılaraq perspektivdə görülməsi nəzərdə tutulan işlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər yanvarın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU