PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
17 sentyabr 2012 | 04:09   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova sentyabrın 19-dan Fransanın Strasburq şəhərində səfərdə olacaq.
Millət vəkili burada AŞPA-nın Gender bərabərliyi komitəsinin iclasında iştirak edəcək. Tdbirdə siyasi partiyalarda gender bərabərliyinin tədbiqinin  müsbət təcrübəsi, ailə həyatı ilə peşə həyatının uzlaşdırılması, irqçilik ksenofobiya və dözümsüzlüklə mübarizədə QHT-lərin rolu və başqa mövzularda müzakirələr aparılacaq.
Səfər sentyabrın 22-də başa çatacaq.
                                 ٭ ٭  ٭ 
Milli Məclisin deputatı Rafael Hüseynov sentyabrın 20-dən Sloveniyada səfərdə olacaq.
Millət vəkili Maribor şəhərində keçiriləcək AŞPA-nın iclasında iştirak edəcək. Burada sənaye irsinin dağıdılması, Avropada bu sahədə  vəziyyət, sənaye irsi və ekologiya arasında qarşılıqlı bağlılıq mövzuları müzakirə olunacaq.
Səfər sentyabrın 23-də başa çatacaq.
                                ٭  ٭   ٭  
Milli Məclisin deputatları Əli Hüseynli və Rüfət Quliyev sentyabrın 20-dən Belarusiyanın Minsk şəhərində səfərdə olacaqlar.
Parlamentarilərimiz MDB PA-nın müşahidə missiyasının tərkibində  Milli Şuranın Nümayəndələr Palatasına keçiriləcək parlament seçkilərini izləyəcəklər.
Səfər sentyabrın 24-də başa çatacaq.


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU