MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
20 sentyabr 2012 | 04:09   
Paylaşın:        

Sentyabrın 20-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Ümumçin Xalq Nümayəndələri Yığıncağının Xarici işlər üzrə komitəsinin sədri cənab Li Caosinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan komitə sədrinin müavini Sevinc Fətəliyeva onları ölkəmizdə görməyindən şad olduğunu bildirdi. Millət vəkili ölkəmizin qədim tarixi, iqdisadi inkişafı, enerji sahəsində nail olduğu uğurlar haqqında geniş məlumat verdi. Dövlətimizin Çinlə əlaqələrin inkişafına xüsusi önəm vediyini və əməkdaşlığımızın dərinləşməsində parlamentlərin əhəmiyyətli rola malik olduğunu söylədi. Dağlıq Qarabağ münaqişəsininn nəticəsində torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu, 1 miliyondan artıq insanın yurd-yuvalarından didərgin düşdüyü vurğulandı.
Səmimi qəbula görə minnətdarlığını bildirən Li Caosin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərindən sonra qarşılıqlı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırdı.
Nümayəndə heyətinin rəhbəri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, siyasi dialoqun yüksək səviyyədə olduğunu, belə səfərlərin əlaqələrimizin inkişafına böyük təkan verdiyini xüsusi qeyd etdi.
Görüş səmimi söhbətlə davam etdirildi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU