BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
20 sentyabr 2012 | 05:09   
Paylaşın:        

Sentyabrın 20-də Azərbayanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Ohayo Ştatının Nümayəndələr Palatasının üzvləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdülər.
Qonaqları salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva onlara  Milli Məclisin fəaliyyəti, strukturu, mövcud seçki sistemi, ölkəmizdə reallaşdırılan islahatlar, terrorizmə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verdi. Söhbət zamanı qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə obyekti oldu.
Amerika Birləşmiş Ştatlarının Ohayo Ştatının Nümayəndələr Palatasının respublikaçılar çoxluğunun təşkilatçısı Con Adams Azərbaycana səfərlərindən, burada keçirdikləri görüşlərdən razı qaldıqlarını dedi. Qonaqlar ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirdiklərini və qarşıda görüləsi bir çox mühüm işlərin dayandığını diqqətə çatdırdılar.
Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişafı, təhsil sahəsində əməkdaşlığın perspektivləri və digər mövzularda fikir mübadiləsi aparıldı.  

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU