DEPUTATLARIMIZ GÜRCÜSTANA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
26 sentyabr 2012 | 03:09   
Paylaşın:        

Milli Məclisin deputatları Elton Məmmədov, Əli Məsimli, Mirkazım Kazımov və Asəf Hacıyev sentyabrın 27-dən Gürcüstanın paytaxtı Tibilisi şəhərinə səfər edəcəklər.
Deputatlar burada keçiriləcək parlament seçkilərini izləyəcəklər.
Səfər oktyabrın 2-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU