MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA XƏTTİ İLƏ GÜRCÜSTANDA SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏK

XƏBƏRLƏR
27 sentyabr 2012 | 06:09   
Paylaşın:        

Milli Məclisin deputatı Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyasının tərkibində sentyabrın 28-dən oktyabrın 2-dək Gürcüstanda səfərdə olacaqdır.
Müşahidə missiyasının üzvləri oktyabrın 1-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək, bununla bağlı sənəd hazırlayaraq Avropa Şurasının müvafiq qurumlarına təqdim edəcəklər.
Missiya üzvlərinin seçkiləri müşahidə edəcək QHT və KİV nümayəndələri ilə də görüşləri nəzərdə tutulmuşdur.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU