MDB-nin 20 İLLİK YUBİLEY TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
06 dekabr 2011 | 02:12   
Paylaşın:        

Milli Məclisin deputatı Zeynəb Xanlarova dekabrın 8-dən 11-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.
 Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi, millət vəkili Z.Xanlarova  MDB-nin 20 illik yubileyi münasibətilə keçirilən SSRİ xalq artistlərinin görüşünə dəvət edilib. Tədbirin təşkilatçısı MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondudur. Görüşdə deputatımız tarixi-mədəni irsin qorunması və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsində yaxından iştirak edəcək.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU