ATƏT PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

XƏBƏRLƏR
02 oktyabr 2012 | 10:10   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti qurumun payız sessiyasının işində iştirak etmək üçün oktyabrın 3-dən 8-dək  Albaniyanın Tirana şəhərinə səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova  və  deputat Azay Quliyev daxildirlər.
Sessiya çərçivəsində əvvəlcə “ATƏT: sabitlik və təhlükəsizlik əsasında idarəetmə və inteqrasiyanın  təşviqi” mövzusunda parlament  konfransının  keçirilməsi nəzərdə tutulur.  Sonra  sessiyada ATƏT regionunda milli-mədəni  dəyərlərin müdafiəsi, maliyyə böhranına qarşı mübarizə,  inkişafın  stimullaşdırılmasında  sərt  iqtisadi  siyasətin rolu və digər  məsələlər  müzakirə  ediləcək.
Nümayəndə heyətimizin üzvləri müzakirə  edilən  mövzularla əlaqədar öz fikirlərini bildirəcəklər.


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU