MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
01 oktyabr 2012 | 07:10   
Paylaşın:        

Oktyabrın 1-də Milli Məclisdə Uruqvay ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri Uruqvayın gömrük komitəsinin sədri Erriko Kanon Pedarqosanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Qrupun rəhbəri Cavanşir Feyziyev qonaqları salamlayaraq, onları parlamentdə görməyindən məmnun olduğunu bildirdi. O, Milli Məclisin tərkibi, qanunvericilik fəaliyyəti barədə ətraflı məlumat verdi.  Millət vəkili Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 faiz torpaqımızın işğal olunduğunu, bir milyon insanın öz yurd-yuvalarından didərgin düşdüyünü qeyd etdi. Söhbətdə bütün çətinliklərə baxmayaraq Azərbaycanda iqtisadi inkişafın yüksək səviyyədə olduğu söylənildi. Son zamanlar dövlətimizin Latın Amerikası ölkələri ilə inkişaf etməkdə olan siyasi əlaqələri yüksək qiymətləndirildi.
Səmimi qəbula görə minnətdarlığını bildirən Erriko Kanon Pedarqosa ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini vurğuladı. Qonaq iqtisadi, siyasi münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə ümüdvar olduğunu söylədi.
Görüş səmimi söhbətlə davam etdirildi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU