Deputatımız ABŞ-a səfər edəcək

XƏBƏRLƏR
04 oktyabr 2012 | 04:10   
Paylaşın:        

 Milli Məclisin deputatı Qənirə Paşayeva “Türk xalqlarının ipək yolu festivalı”  adlı konfransda  iştirak etmək üçün oktyabrın  6-dan 11-dək  ABŞ-ın  Hyuston şəhərində  səfərdə olacaq. 
Amerikalı və Avrasiyalı Türklər Şurasının təşəbbüsü ilə keçiriləcək tədbirdə 6 türk respublikası - Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın pavilyonları qurulacaq. Burada Türk xalqlarının mədəniyyəti, folkloru, tarixi, məişəti, adət və ənənələrini əks etdirən  nümunələr nümayiş olunacaq, tarix və mədəniyyətimizlə bağlı fotosərgi təşkil ediləcək.
Daha sonra deputatımız  oktyabrın 11-dən 18-dək  İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyası tərəfindən təşkil edilmiş, “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc  liderlərin  rolu” mövzusunda  beynəlxalq  forumun işinə qatılacaq.
Qənirə  Paşayeva  konfransda  müzakirə  ediləcək məsələlərlə əlaqədar  öz fikirlərini bölüşəcək.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU